ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

16:39 | 08.11.2014
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

Rusiyaya qarşı ABŞ-ın sanksiyalar proqramı genişlənməkdə davam edir. Musavat.com-un Rusiya portalına istinadən verdiyi xəbərə görə, belə bir açıqlama ilə Birləşmiş Ştatların Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sabiq direktoru Riçard Nyuk çıxış edib. 

Onun sözlərinə görə, söhbət xüsusi sektoral sanksiyalardan, o sırada iqtisadi təzyiqlərdən gedir. “Bu proqramın arxitekturası hələ də işlənir, genişləndirilir və inkişaf etdirilir. İqtisadi sanksiyalar da prezident Barak Obama administrasiyasının əsas silahıdır”, – deyə o, hüquq sahəsində milli təhlükəsizlik məsələləri ilə bağlı Vaşinqtonda keçirilən illik konfransda çıxışı zamanı bildirib. 

Hazırda ölkə rəhbərliyi Rusiyaya qarşı sanksiyaların ləğvini nəzərdən keçirmir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM