ABŞ Rusiyaya qarşı sanksiyalara başladı! - İlk Qərar

15:09 | 03.03.2014
ABŞ Rusiyaya qarşı sanksiyalara başladı! - İlk Qərar

ABŞ Rusiyaya qarşı sanksiyalara başladı! - İlk Qərar

Rusiya nümayəndə heyətinin Vaşinqtona səfərini ləğv edilib ABŞ hökuməti Ukraynaya hərbi müdaxilə edən Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqinə başlayıb.APA-nın “lenta.ru” portalına istinadən verdiyi məlumata görə, Vaşinqtona əvvəlcədən planlaşdırılan danışıqlara getməyə hazırlaşan “Rosselxoznadzor”un (Rusiyanın veterinar və fitosanitar nəzarət üzrə dövlət xidməti) nümayəndə heyətinin ABŞ ərazisinə girişi qadağan edilib.Dövlət xidmətindən bildiriblər ki, 3-6 mart tarixlərində Vaşinqtonda Rusiya ekspertlərinin iştirakı ilə danışıqların növbəti mərhələsi keçirilməli idi: “Uçuşa bir sutkadan az qalmış ABŞ səfirliyi telefon və elektron poçt vasitəsilə Rusiya nümayəndə heyətinin rəhbəri, “Rosselxoznadzor”un sədr müavini Nikolay Vlasova xəbər verdi ki, rusiyalı ekspertlərin səfəri ABŞ üçün qəbuledilməzdir. Danışıqlarda iştirak edən Qazaxıstan nümayəndə heyəti isə Vaşinqtona uçub”.  Xatırladaq ki, ABŞ rəhbərliyi Ukraynadan qoşunlarını geri çəkməsə, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM