Maykl Makfol Amerikaya gedəcəyini və gələn həftənin birinci günü vətənində əməliyyat olacağını yazıb
ABŞ-ın Rusiya Federasyasındakı səfiri Maykl Makfol basketbol oyununda barmağını sındırıb. ANS PRESS-in məlumatına görə, bu barədə səfir sosial şəbəkədəki mikrobloqunda yazıb.
ABŞ səfiri Amerikaya gedəcəyini və gələn həftənin birinci günü vətənində əməliyyat olacağını yazıb. Makfol əməliyyatın necə keçdiyi barədə də xəbər verəcəyini bildirib. Səfir həmçinin əməliyyatdan dəhşətli dərəcədə qorxduğunu da qeyd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !