ABŞ səfirliyi səfir Riçard Morninqstarın Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması barədə xəbərlərə münasibət bildirib.
Trend-in məlumatına görə, səfirliyin saytında verilən bəyanatda qeyd olunur ki, ABŞ-ın Azərbaycandakı səfiri R.Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmayıb.
Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələri R.Morninqstarın "Azadlıq" radiosuna verdiyi müsahibəsində Azərbaycana qarşı bəzi neqativ fikirlər səsləndirdiyi üçün Xarici İşlər Nazirliyinə çağırılması barədə xəbərlər yaymışdı.
__________________________
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomatik mənbələrdən APA-ya məlum olub ki, səfirə “Azadlıq” radiosuna müsahibəsində işlətdiyi bəzi ifadələr xatırladılıb, Azərbaycanın daxili işlərinə qarışmağın əksini tapdığı fikirlərə yol verilməsinin qeyri-məqbul olması barədə irad bildirilib.
Səfirin diqqətinə çatdırılıb ki, bu kimi addımlar həm iki ölkə arasında münasibətlərin ruhuna, həm də diplomatik fəaliyyət normalarına uyğun deyil.
ANN.Az