ABŞ səfirinə sui-qəsd

09:51 | 05.03.2015
ABŞ səfirinə sui-qəsd

ABŞ səfirinə sui-qəsd

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Koreya səfirinə qarşı sui-qəsd həyata keçirilib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippert silahlı hücuma məruz qalıb. Hücum zamanı səfir və koreya əsilli amerikalı diplomat Sunq Kimin yaralandığı bildirilir.

Hadisə ölkənin paytaxtı olan Seulun mərkəzində səhər saatlarında baş verib.

Qanlar içində olan səfir dərhal xəstəxanaya çatdırılıb.

Səfirə qarşı hücum həyata keçirən silahlı şəxs isə elə hadisə yerindəcə yaxalanıb. Cinayətkarın şəxsiyyəti hələlik açıqlanmayıb.

Hadisənin nə üçün törədildiyi barədə məlumat verilmir.
 
ANN.Az

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM