ABŞ Səfirliyi Amerikalı Müğənni-Bəstəkar Toni Memmelin Səfərinə Sponsorluq Edir

13:57 | 09.04.2019
ABŞ Səfirliyi Amerikalı Müğənni-Bəstəkar Toni Memmelin Səfərinə Sponsorluq Edir

ABŞ Səfirliyi Amerikalı Müğənni-Bəstəkar Toni Memmelin Səfərinə Sponsorluq Edir

ABŞ-ın Azərbaycandakı Səfirliyi ABŞ Dövlət Departamentinin "İncəsənət Elçisi” Proqramının himayəsi ilə  7-13 aprel 2019-cu il tarixlərində müğənni-bəstəkar, natiq Toni Memmelin Azərbaycana ilk səfərinin dəstəkləməsindən məmnundur. Bu proqram Amerika musiqiçilərini mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfərlərini təşkil edir. Toni Memmel fiziki əngəlli musiqiçidir və onun proqramı fiziki əngəlli insanların və onların məhdudiyyətsiz potensialının olmasını göstərir. ABŞ Səfirliyi bu proqrama dəstək göstərdiyi üçün Azərbaycan Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinə təşəkkürünü bildirir.

Toni Memmelin anadangəlmə dirsəkdən aşağı qolunun olmamağına baxmayaraq gitarada ifa etməyinə kömək edə biləcək bir alət düzəldərək gitarada ifa etməyi tək başına öyrənmişdir. O, 2013-cü ildə WAMI (Wiskonsın Bölgəsinin Musiqi Sənayesi) mükafatını qazanaraq Bon Iver, Les Pol, Kori Çisel və Bo Dins kimi müğənni-bəstəkarlar sırasına qoşuldu, bundan sonra  "Assoşieytid Pres” "CNN”, "Boston Qlob”, "Milvauki Cournal Sentinel” və "Çikaqo Tribyun” kimi mətbuat orqanları onun fəaliyyətini işıqlandırmağa başladılar.
O, davamlı şəkildə həyata keçirilən geniş qastrollarda iştirakı nəticəsində ABŞ-ın 45 ştatı və 10 xarici ölkəyə  səyahət edərək konsertlər vermişdir. Cənab Memmel  bu günə qədər 4  böyük və 2 kiçik həcmli albom ərsəyə  gətirmiş və musiqi yolu ilə mədəni əlaqələr qurmaq üçün  məktəb, xəstəxana  və uşaq evlərində bir çox konsertlər vermişdir. O, həmçinin musiqi sahəsində bakalavr dərəcəsini qazanaraq klassik vokal üzrə ixtisaslaşmışdır.

Memmel Azərbaycanda bir neçə pulsuz konsert verəcək. O, fiziki  əngəlli yerli musiqiçi və tələbələr üçün ustad dərsləri keçəcək. Memmelin Azərbaycandakı bütün konsertləri ödənişsizdir, giriş hamı üçün sərbəstdir.  ABŞ Səfirliyi fiziki əngəlli insanlara kömək göstərmək istəyən şəxslərə aşağıdakı qeyd olunan konsertlərin birində iştirak etməyə dəvət edir: 

9 aprel - Park Bulvar Moll, Bakı – 19:00
10 apreln- Xaçmaz Amerika Mərkəzi/Mərkəzi Kitabxana – 15:00
11 aprel -  Azərbaycan Milli Musiqi Konservatoriyası, Bakı – 17:00
12 aprel - Salyan Amerika Mərkəzi/Salyan Mərkəzi Kitabxana – 15:00

Ətraflı məlumat əldə etmək üçün ABŞ-ın Azərbaycandakı Səfirliyinin feysbuk səhifəsinə müraciət edə bilərsiniz: 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM