ABŞ səfirliyi hökumətin addımlarını alqışlayır

12:41 | 23.10.2014
ABŞ səfirliyi hökumətin addımlarını alqışlayır

ABŞ səfirliyi hökumətin addımlarını alqışlayır

Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətinin dörd vətəndaş cəmiyyətinin fəalının azadlığa buraxılmasına dair 17 oktyabr tarixli və İnsan Haqqları üzrə Birgə İş Qrupunun fəaliyyətinin bərpasına dair 22 oktyabr tarixli qərarlarını alqışlayır.Bu barədə ANN.Az-a səfirlikdən məlumat daxil olub. Məlumatda deyilir: "Ümid edirik ki, bu kimi ruhlandırıcı addımlar yerli və beynəlxalq QHT-in üzləşdiyi məhdudiyyətlərin aradan qaldırılması da daxil olmaqla, əlavə müsbət inkişafa təkan verəcək. Biz Azərbaycanın daha sabit, təhlükəsiz və tərəqqiyə yönəlmiş dövlət olmaq arzusunu paylaşırıq. Əminik ki, bu kimi məqsədin əldə olunmasının ən yaxşı yolu Azərbaycan vətəndaşlarının – Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərdə qeyd olunduğu kimi – bütün əsas hüquqlardan yararlanmaq təminatıdır".  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb