Pakistan polisi bildirir ki, İslamabadda ABŞ səfirliyinin əməkdaşını silahlılar öldürüb. Pakistanlı Iqbal Baig iyulun 26-da səhər tezdən evində güllələnib. Polis oğurluq cəhdi, məzhəbçilik və ekstremizm olmaqla bir neçə mümkün motivi araşdırır.
Baig ismaili adlanan müsəlman şiə məzhəbinə qulluq edib. İsmaililər əsasən sünni ölkəsi olan Pakistanda dinc şəraitdə yaşayırlar.
Silahlılar bu ilin mayında ölkənin cənubundakı Karaçi şəhərində 50 ismailini güllələyib öldürüb. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !