ABŞ Senatı 3 ölkəyə hərbi yardımla bağlı 95 milyard dollar vəsait ayırıb

12:37 | 24.04.2024
ABŞ Senatı 3 ölkəyə hərbi yardımla bağlı 95 milyard dollar vəsait ayırıb

ABŞ Senatı 3 ölkəyə hərbi yardımla bağlı 95 milyard dollar vəsait ayırıb

ABŞ Senatında  Ukrayna, İsrail və Tayvana birlikdə 95 milyardlıq hərbi yardım paketi ilə bağlı verilən qərar qəbul olunub. Bu barədə  "Əl-Cəzirə” məlumat verib. 
 
Qərarı 79 senator dəstəkləyib, 18 nəfər əlehinə səs verib. 
 
Bildirilib ki, ayrılan vəsaitin 61 milyardı Ukrayanaya dəstək üçün nəzərdə tutulub. 

"Mən bu qanun layihəsini imzalayacağam və masama çatan kimi Amerika xalqı ilə danışacağam. Ondan sonra biz bu həftə Ukraynaya silah və texnika göndərməyə hazırlaşmağa başlaya bilərik", - prezident Co Bayden bildirib.

Reuters yazır ki, Bayden sənədi imzaladıqdan dərhal sonra Vaşinqton Kiyevə 1 milyard dollarlıq hərbi yardım paketi göndərəcək.

Ukrayna prezidenti Vladimir Zelenski onun yekun qəbulunu alqışlayıb.

Xəbər agentlikləri Reuters və Associated Press bazar ertəsi bildirdilər ki, Bayden administrasiyası artıq döyüş meydanında dərhal istifadə edilə bilən silahlara diqqət yetirərək qanun layihəsi ilə bağlı hərbi yardımın ilk tranşını hazırlayır.

Bundan əlavə, paketə ABŞ-da TikTok-a mümkün qadağa təşəbbüsü də daxildir. Qanunvericilər Çinin ByteDance şirkətinə sosial şəbəkəni satmaq üçün bir il vaxt verməyi təklif edirlər, əks halda TikTok ABŞ-da qadağan oluna bilər.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb