ABŞ Senatı Ağ Evin etirazına baxmayaraq Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı yeni qanun layihəsini qəbul edib.
"AP” agentliyinin verdiyi xəbərə görə, yenilənmiş qanun layihəsinin lehinə 75, əleyhinə isə 25 senator səs verib.
Qanun layihəsi Ukraynaya 300 milyon dollar həcmində hərbi yardım ayrılmasını nəzərdə tutur.
Prezident Barak Obama qanun layihəsinə veto qoyacağını bildirib. /virtualaz.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !