ABŞ senatoru Azərbaycana Rusiya ilə bağlı xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, Nyu Hempşir senatoru Kelli Ayotte Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumunda çıxışında Rusiyanın işğalçı siyasətinə diqqəti yönəldib. Senator qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin siyasəti Ukraynanın müstəqilliyini təhdid edir. O bildirib ki, bu hadisələr daha əvvəl Gürcüstanda da təkrarlanıb.Ayotte Putinin bir başqa ölkəni daha işğal etməsinə qarşı digər qonşu ölkələri məsuliyyətli və həssas olmağa çağırıb: "Bu gün buradan açıqlamaq istəyirəm ki, Putinin işğalına qarşı senat liderləri və üzvləri ilə daha sərt sanksiyalar üçün layihə təqdim edəcəyik. Sərt sanksiyalarla Rusiyanın öz sərhədləri içində qalması və digər ölkələrin müstəqilliyinə qarşı hörmət etməsini hədəfləyirik". Senator həmçinin bildirib ki, iki ölkə arasındakı əlaqələr daha çox güclənəcək: "Əməkdaşlığımız, iqtisadi əlaqələrimiz daha da güclənərək dünyaya daha çox güvən verəcək və sabitlik təmin edəcək''.Senator Ayottedən sonra kürsüyə gələn Nyu York Əyaləti Federal millət vəkili Qreqori Mik Konqresə əhəmiyyətli sayda millət vəkili və senatorun qatıldığına diqqət çəkib. O bildirib ki, bu, ABŞ- Azərbaycan əlaqələrinin bizim üçün xüsusi olduğunu göstərir.Ukraynada baş verən son hadisələrdən də danışan millət vəkili Rusiyanın təcavüzkarlığından narahat olduqlarını bildirib:"Burada əsas sual budur ki, Azərbaycanı dost olaraq görən ABŞ-ın mövqeyi nə olacaq? Burada bu gün sizə deyirəm. ABŞ olaraq Azərbaycandakı dostlarımıza dəstək olacağımızı bilmənizi istəyirəm. Həmçinin dünyanın, Azərbaycan ilə çiyin-çiyinə olduğumuzundan əmin olmasını təmin edəcəyik. Rusiyanın təcavüzkarlığı ilə bunu dəyişdirməsinə icazə verməyəcəyik".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !