Fox kanalında erməni təxribatı - VİDEO

16:25 | 31.01.2022
Fox kanalında  erməni təxribatı - VİDEO

Fox kanalında erməni təxribatı - VİDEO

Bu ilin yanvarından ABŞ-ın FOX telekanalında yayımlanan "The Cleaning Lady” (Xadimə) adlı serialın üçüncü bölümündə erməni təbliğatının məhsulu olan bir səhnə yer alıb. 
 
Belə ki, filmdə göstərilir ki, iki erməni ailəsi qohum olur.  Baş rol ifaçılarından biri deyir ki,  " xalqımız  kədər və itkilər yaşayıb. Bizim harada olmağımızdan,  asılı olmayaraq, Ermənistan həmişə bizim evimiz olacaq. Buna görə də fəxrlə deyirəm ki,  torpağımızı Azərbaycandan geri almağımız üçün oğlum Tariki erməni ordusuna göndərirəm. Əminəm ki, biz hamımız Tariklə fəxr edəcəyik”.
 
Bu yerdə operator orduya göndərilən Tarikin sifətini göstərir. Hamı əl çalır , Tarik isə məyusdur. Onun üz cizgiləri bu sözlərin müəllifi ilə əsla razılaşmadığını ifadə edir.
 
Fox News kanalı 1996-cı ildən fəaliyyət göstərir. Hər gün bu kanala 2,5 milyon adam baxır. Daha çox konservativ mövqeyə malik olan bu kanal Respublikaçılar partiyasını müdafiə edir. 
 

 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti