ABŞ Səudiyyə Ərəbistanına hərbi gəmi satır

19:52 | 21.10.2015
ABŞ Səudiyyə Ərəbistanına hərbi gəmi satır

ABŞ Səudiyyə Ərəbistanına hərbi gəmi satır

Tədarükün ümumi qiyməti 11,25 milyard dollardır.

ABŞ Müdafiə Nazirliyinin hərbi əməkdaşlıq üzrə agentliyi (DSCA) 2015-ci ilin oktyabr ayının 20-də ABŞ konqresinə Səudiyyə Ərəbistanına Foreign Military Sales (FMS) xətti üzrə çoxhədəfli Multi-Mission Surface Combatant (MMSC) hərbi gəmilərin satışı barədə bildiriş göndərib.

Oxu.Az bmpd bloquna stinadən xəbər verir ki, bu gəmilər ABŞ-ın Hərbi Dəniz Qüvvələri üçün hazırlanan Freedom tipli Littoral Combat Ship (LCS) hərbi gəmilərinin daha da inkişaf etmiş formasıdır.

Tədarükün qurğular, silah və raket ehtiyatı və tekniki dəstək də daxil olmaqla ümumi qiymət dəyəri 11,25 milyard dollardan ibarətdir. Tədarükün təchizatçısı Lockheed Martin korporasiyasıdır. Bildirişdə ABŞ dövlət departamentinin oktyabrın 19-da DSCA-ya bu satış üçün icazə verdiyi qeyd edilir.

DSCA materiallarına müvafiq olaraq MMSC tipli hər bir gəmi: iki RGM-84 Harpoon Block II gəmi raket kompleksi əleyhinə dörd konteynerli qurğu, 16 universal şaquli buraxılış qurğusu - Mk4, bir SeaRAM müdafiə zenit-raket kompleksinin - Mk15 Mod 31 qurğusu, 76 mm-lik avtomatik universal artilleriya qurğusu - Oto Melara Mk 75, iki 20 mm-lik məsafəli idarəedilən artilleriya qurğusu - Nexter Narhwal, on 12,7 mm-lik pulemyot, iki 324 mm-lik üçborulu torpeda aparatı Mk32 ilə təchiz ediləcək.

Xatırladaq ki, 2015-ci ilin may ayının 20-də DSCA ABŞ konqresinə Səudiyyə Ərəbistanına FMS xətti ilə ümumi dəyəri 1,9 milyard dollar olan 10 çoxhədəfli Sikorsky MH-60R helikopterlərinin satışı barədə bildiriş göndərib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM