Yongbyondakı reaktor Şimali Koreyanın nüvə silahı proqramı üçün plutonyum mənbəyi hesab olunur.
Ağ Ev bildirib ki, Şimali Koreya diqqətini "beynəlxalq öhdəliklərini yerinə yetirməyə yönəltməlidir".
Yongbyon reaktoru 2007-ci ildə qapadılıb, lakin Pyongyang onun 2013-cü ildə nüvə sınaqlarının ardından bərpa ediləcəyini bildirmişdi.
Ağ Evin sözçüsü Josh Earnest bildirib ki, beynəlxalq ictimaiyyət Şimali Koreyanı nüvə dövləti kimi qəbul etməyəcək.
Şimali Koreyanın nüvə proqramının dayandırılmasına yönəlmiş Cənubi Koreya, ABŞ, Çin, Yaponiya və Rusiyanın iştirak etdiyi altıtərəfli danışıqlar 2009-cü ildən dalana dirənib.
Ekspertlər güman edir ki, fəaliyyətə başlayandan sonra reaktor, ildə bir nüvə bombasına yetəcək qədər plutonyum istehsal edə bilər.
KCNA xəbər agentliyi bildirib ki, ölkə özünün nüvə silahlarını "keyfiyyətcə və sayca” inkişaf etdirib.
Bu, Yongbyonda reaktorun fəaliyyətə başlamasına dair Şimali Koreyadan ilk rəsmi məlumatdır.
KCNA həmçinin bildirib ki, Şimali Koreya "hər zaman özünün nüvə silahı ilə” ABŞ düşmənçiliyinə qarşı dura bilər.
Lakin Şimali Koreyanın nüvə imkanlarının tam həcmi məlum deyil.
Pyongyan iddia edir ki, onlar raket üçün nüvə başlığında yerləşə biləcək qədər kiçik cihaz istehsal ediblər və düşmənlərinə qarşı istifadə edilməyə hazırdır.
Lakin ABŞ rəsmiləri bu iddiaya şübhə ilə yanaşır və ekspertlərin fikrincə Şimali Koreyanın bu sahədə fəaliyyətini qiymətləndirmək çətindir.
Cənubi və Şimali Koreya arasında müharibə faktiki olaraq başa çatmayıb. Çünki 1950-1953-cü illərdəki müharibədən sonra atəşkəs razılaşması əldə olunsa da, sülh sazişi imzalanmayıb. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !