İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Robert Sekuta ilə görüşüb.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
ANS TV-nin məlumatına görə, nazir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha səfirin diqqətinə çatdırıb.
Şahin Mustafayev Robert Sekutaya Dağlıq Qarabağda fəaliyyət göstərən ABŞ şirkətlərinin siyahısını təqdim edib.
Nazir bunun yolverilməz olduğunu vurğulayıb və ABŞ hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu deyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !