ABŞ Ordusu "Əl-Qaidə" terrorçu şəbəkəsindən olan "Əş-Şabab" qruplaşmasının səhra komandarini zərərsizləşirmək məqsədilə Somalini raket atəşinə tutub. ANS PRESS-in Reuters-ə istinadən verdiyi məlumata görə, raket zərbəsi ölkənin cənub rayonlarına endirilib. Əməliyyatın detalları və xəsarət alanlar haqda məlumat verilmir. Qeyd edək ki, Somali 1991-ci ildən vahid dövlət kimi mövcud deyil. Beynəlxalq təşkilatlar paytaxt Moqadişonu nəzarətdə saxlayan federal hökuməti tanısalar da, Somalinin cənub və şimal-qərb bölgəsini faktiki olaraq yerli klanlar və radikal islam qruplaşması "Əş-Şabab" nəzarətdə saxlayır. "Əş-Şabab" ("Gənc mücahidlər hərəkatı") bazası Somalidə yerləşir. Qruplaşma son altı ildə Somalidə mərkəzi hökumətə qarşı çıxaraq BMT-nin bu ölkədə humanitar fəaliyyətinə maneə yaradır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !