ABŞ son üç Fransa prezidentini izləyirdi

10:20 | 24.06.2015
ABŞ son üç Fransa prezidentini izləyirdi

ABŞ son üç Fransa prezidentini izləyirdi

ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Fransanın son üç prezidentinin fəaliyyətini izləyib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə öz qalmaqallı ifşaları ilə məşhur olan WikiLeaks portalında çərşənbə axşamı təqdim edilmiş sənəddə bildirilib.

WikiLeaks-in aldığı məlumatlara müvafiq olaraq Amerikanın xüsusi xidmətləri Jak Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefon zənglərini dinləyirdilər.

"Seçdikləri hakimiyyətin müttəfiq hesab edilən tərəfindən düşmənsayağı izlənməsinə məruz qaldığını bilmək Fransa xalqının haqqıdır. Bizə bu hadisəni işıqlandırmaqda yardım edən Liberation və Mediapart kimi fransız nəşrləri ilə apardığımız işimizlə fəxr edirik. Fransız oxucuları yaxın gələcəkdə daha çox ifşaedici materiallar gözləyə bilərlər”, - portal təsisçi Culian Assanjın sözlərindən sitat gətirir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM