"İddia edilir ki, ən azı 2018-ci ilin sentyabrından 2022-ci ilin mayına kimi SpaceX mütəmadi olaraq sığınacaq alanları və qaçqınları müraciət etməkdən çəkindirib və vətəndaşlıq statuslarına görə İmmiqrasiya və Vətəndaşlıq Qanununu pozaraq onları işə götürməkdən və ya nəzərdən keçirməkdən imtina edib”, - Ədliyyə Nazirliyinin bəyanatında bildirilib.
Bir neçə il boyu iş elanlarında və ictimai bəyanatlarda SpaceX yanlış olaraq iddia edir ki, ixraca nəzarət qanunları kimi tanınan federal qaydalara əsasən SpaceX yalnız ABŞ vətəndaşlarını və bəzən "yaşıl kart sahibləri” adlandırılan qanuni daimi sakinləri işə götürə bilər, Ədliyyə Departamenti açıqlayıb.
Ədliyyə Nazirliyi həmçinin şirkətin milyarder sahibi Maskın onlayn yazılarını "ayrı-seçkilik xarakterli ictimai bəyanatlar” nümunəsi kimi göstərib.
İddia, CEO Maskın əvvəllər Twitter adlanan X-də 2020-ci ilin iyununda 36 milyon izləyicisinə yazdığı paylaşıma istinad edib: "ABŞ qanunları SpaceX-də işə götürülmək üçün ən azı yaşıl kart tələb edir, çünki raketlər qabaqcıl silah texnologiyasıdır”.
Mask Ədliyyə Nazirliyinin SpaceX-ə qarşı iddiasını "Ədliyyə Nazirliyinin siyasi məqsədlər üçün silahlanması” kimi təsvir edib.
SpaceX-in CEO-su X-də yazdığı paylaşımda çirkətə "ABŞ-da daimi rezident olmayan hər kəsin işə götürülməsinin beynəlxalq silah alveri qanununu pozacağı və bunun cinayət məsuliyyətinə səbəb olacağı barədə dəfələrlə deyilib” dedi.
"Vətəndaçlıq statusuna görə sığınacaqları və qaçqınları ədalətli şəkildə nəzərdən keçirmədiyini və ya işə götürmədiyini və ixtisaslarından asılı olmayaraq onların işə götürülməsinə qadağa qoyub”, - ABŞ Baş Prokurorun Ədliyyə Departamentinin mülki hüquqlar şöbəsininin köməkçisi Kristen Klark Ədliyyə Nazirliyinin araşdırmasına əsasən deyib.
Klark həmçinin bildirib ki, SpaceX işə götürənlər və yüksək səviyyəli məmurlar sığınacaq alanları və qaçqınları şirkətdə iş imkanları axtarmaqdan "aktiv şəkildə çəkindiriblər”.
ABŞ Ədliyyə Departamenti açıqlayıb ki, iddia edilən diskriminasiyaya görə SpaceX-də işləməkdən çəkindirilən və ya rədd edilən sığınacaq alanlar və qaçqınlar üçün ədalətli mülahizə və geri ödəniş tələb olunur.
İddia həmçinin məhkəmə tərəfindən müəyyən ediləcək miqdarda mülki cəzalar tələb edir və SpaceX-in federal ayrı-seçkiliyə qarşı mandatına əməl etməsini təmin etmək üçün şirkətdə siyasi dəyişikliklər tələb edir.
Rabia Hale Seferoğlu
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !