ABŞ ÜST-dən çıxıb - Trampdan yeni fərman

09:44 | 21.01.2025
ABŞ ÜST-dən çıxıb - Trampdan yeni fərman

ABŞ ÜST-dən çıxıb - Trampdan yeni fərman

ABŞ prezidenti Donald Tramp ölkənin Ümumdünya Səhiyyə Təşkilatından ( ÜST ) çıxması ilə bağlı fərman imzalayıb. Bu barədə CNN məlumat yayıb.

Tramp sərəncamı imzalayarkən köməkçisinə "Bu mühüm məsələdir” deyib. 

Onun fikrincə, ABŞ digər ölkələrlə müqayisədə təşkilata çox pul ödəyir.

Sənəddə həmçinin bildirilir ki, ÜST "ABŞ-dan ədalətsiz ağır ödənişlər tələb etməyə davam edir”.

Joe Biden administrasiyası zamanı Ağ Evin COVID-19 cavab koordinatoru vəzifəsində çalışmış doktor Aşiş Jha CNN ilə söhbətində prezidentin qərarını "strateji səhv” adlandırıb. Onun fikrincə, bu qərar təşkilatı zəiflədəcək və Çinə bütün dünyada daha çox siyasi təsir imkanı verəcək.

Tramp artıq 2020-ci ildə əvvəlki prezidentlik dövründə beynəlxalq təşkilatdan çıxdığını bəyan etmişdi. O, onu COVID-19 zamanı zəruri islahatları təcili həyata keçirməməkdə günahlandırıb.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM