ABŞ ştatından Azərbaycanla bağlı qətnamə

09:00 | 02.04.2014
ABŞ ştatından Azərbaycanla bağlı qətnamə

ABŞ ştatından Azərbaycanla bağlı qətnamə

ABŞ-ın Missisipi ştatının Nümayəndələr palatasında “ABŞ ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı dəstəkləyən” Qətnamə qəbul olunub.Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, sənəddə Azərbaycanın ABŞ üçün strateji əhəmiyyət daşıyan tərəfdaş olduğu və tərəflər arasında 20 ildir ki, bir çox sahədə, o cümlədən enerji təhlükəsizliyi, beynəlxalq terrorçuluğa, narkotiklərə və insan alverinə qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmaması və s. səmərəli əməkdaşlığın inkişaf etdiyi qeyd olunub. Qətnamədə həmçinin Azərbaycanın iqtisadi sahədə böyük uğurları vurğulanaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı və strateji əhəmiyyətli layihələrin təşəbbüskarı olduğu xüsusilə qeyd olunur. Xatırladaq ki, keçən il Missisipi ştatı Nümayəndələr palatası Xocalı qətliamını tanımışdır.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM