• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

ABŞ sülh sənədinin imzalanmasında fəal iştirak edir

ABŞ sülh sənədinin imzalanmasında fəal iştirak edir
30.07.2024 11:32
ABŞ sülh sənədinin imzalanmasında fəal şəkildə iştirak edir. Bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Turan-ın suallarını cavablandırarkən deyib.


"Bir daha demək istəyirəm ki, bu, dövlət katibinin diqqət yetirdiyi bir şeydir və biz bununla fəal şəkildə məşğul olmağa davam edəcəyik",- Patel bildirib. 
 
Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda keçirdiyi brifinqdə Ermənistanla sülh müqaviləsinin 80%-nin hazır olduğunu bildirib. 
 
Prezidentin sözlərinə görə, sülh müaviləsinin bağlanmasında əsas maneə Ermənistan konstitusiyasında Dağlıq Qarabağın Ermənistanın bir hissəsi olması barədə müddəadır.
 
Rəsmi Bakı Ermənistan hakimiyyətindən referendum keçirməyi və bu maddəni çıxarmağı kəsinliklə tələb edir.
 
Ermənistan rəhbərliyi buna hazır olduğunu ifadə etsə də referendimi 2026-ci ilin parlament seçkilərindən sonraya təxirə salıb. 
 
Bu tarixə qədər tərəflər arasında gələcək sülh müqaviləsinin "baza prinsipləri"ni  təşkil edəcək aralıq müqavilənin bağlanması gözlənilir.
 
Azərbaycan Prezidentinin xarici  münasibətlər üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, belə bir müqavilə bu ilin noyabrına qədər imzalana bilər. 
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Siyasət 22:25
Prezident Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Tehrandakı səfiri İranın XİN başçısının müavini ilə görüşüb
Siyasət 20:32
Azərbaycanın Tehrandakı səfiri İranın XİN başçısının müavini ilə görüşüb
Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər
Siyasət 18:30
Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər
Vətən müharibəsindən bəri 397 nəfər mina qurbanı olub - XİN
Siyasət 17:10
Vətən müharibəsindən bəri 397 nəfər mina qurbanı olub - XİN
Azərbaycan XİN Xorvatiyanı təbrik edib
Siyasət 20:10
Azərbaycan XİN Xorvatiyanı təbrik edib
İlham Əliyev BƏƏ liderinə zəng edib
Siyasət 19:19
İlham Əliyev BƏƏ liderinə zəng edib
Həsənov hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı tapışırıqlar verib
Siyasət 14:31
Həsənov hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı tapışırıqlar verib
Milli Məclisin növbədəkənar iclası keçiriləcək
Siyasət 13:53
Milli Məclisin növbədəkənar iclası keçiriləcək
Milli Məclis yaz sessiyasında 65 qanun qəbul olunub
Siyasət 13:49
Milli Məclis yaz sessiyasında 65 qanun qəbul olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol