Ukraynada travmaya məruz qalmış uşaqların travmaların öhdəsindən gəlməsi üçün qeyri-kommersiya təşkilatı fondu yaradılıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilib ki, Nataliya Vyetrova Volya adlı şəxs bu fondu təsis edib.
Bu qeyri-kommersiya təşkilatı ukraynalı uşaqlara bu travmaların öhdəsindən gəlməyə yardım göstərəcək.
Təşkilatının təsisçisi Nataliya Vyetrovanın ukraynalı uşaqlara kömək etmək üçün sadəcə bir komputer və kiçik masaya ehtiyacı olduğunu vurğulayıb.
Təsisçi müharibədən əvvəl moda mütəxəssisi olub, indi isə vaxtını ukraynalı uşaqlara müharibə ilə əlaqədar travmanın öhdəsindən gəlməyə kömək etməyə sərf etdiyini açıqlayıb.
"Mən nümayişlərdən birində səhv yerdə olduğumu anladım. Mən öz xalqımın, ukraynalıların yanında olmaq istəyim onlara buradan kömək etmək istəyimdən böyük idi. Ona görə də bir səhər oyanıb, həyat yoldaşıma dedim ki, mən gedirəm. Bilet aldım, iki gün sonra isə çantamı yığıb, getdim," o bildirib.
Onun qurduğu proqram uşaqlara təbii fəlakətlərdən tutmuş, vəhşi cinayətlər və müharibəyə kimi hər cür travmaların öhdəsinən gəlməyə yardım etməkdə ixtisaslaşan klinik psixoloqlar tərəfindən tərtib edilib.
Fond rəhbərinin Ukraynaya növbəti səfəri planlaşdırılır. O, oraya uşaqlar üçün isti geyim və psixoloji yardım göstərmək üçün getdiyini açıqlayıb.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !