ABŞ Ukraynanın istəyini geri çevirdi

19:02 | 21.05.2015
ABŞ Ukraynanın istəyini geri çevirdi

ABŞ Ukraynanın istəyini geri çevirdi

ABŞ-ın Ukraynada HHMS yerləşdirilməsi ilə bağlı planı yoxdur

ABŞ Ukraynada Hava Hücumundan Müdafiə Sistemi (HHMS) yerləşdirməyə hazırlaşmır. 

ANS PRESS-in məlumatına görə, bunu Dövlərt Departamentinin nümayəndəsi Mari Xarf ötən gün keçirdiyi brifinqdə bildirib.

O, Ukrayna hakimiyyəti nümayəndələrinin bununla bağlı söylədikləri fikir haqqında verilən suala cavabında deyib: "Nə Amerikanın, nə də NATO-nun Ukrayna ərazisində HHMS-in yerləşdirilməsi ilə bağlı heç bir planı mövcud deyil." 

Onun sözlərinə görə, NATO-nun raket əleyhinə müdafiə sistemləri Rusiyaya qarşı yönəldilməyib.

Xatırladaq ki, Ukrayna ABŞ-dan ölkəsində NATO sistemlərinin yerləşdirilməsini istəyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bunun təhlükəli addım olacağını bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM