ABŞ Ukraynanın qərarından məyus oldu

09:06 | 22.11.2013
ABŞ Ukraynanın qərarından məyus oldu

ABŞ Ukraynanın qərarından məyus oldu

ABŞ Ukraynanın Avropa Birliyi ilə assosiasiya sazişinin bağlanmasına hazırlıq prosesinin dayandırılmasına dair qərarından məyus olduğunu bildirib.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb. “ABŞ Avropa Birliyi kimi Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiasiya və ticarət sazişinin imzalanmasına hazırlığının dayandırılması qərarından məyus olub”, deyə Dövlət Departamentinin açıqlamasında bildirilir.   Vaşinqton Avropa Birliyinə “Ukrayna üçün qapıları açıq saxlamağı” tövsiyə edərək AB-nin Kiyevə “tarixi fürsət” yaratdığını qeyd edib.   “ABŞ əmindir ki, Ukraynanın Avropaya inteqrasiyası – ölkəni iqtisadi çiçəklənmə və demokratiyaya aparan ən yaxşı yoldur”, deyə  Dövlət Departamenti qeyd edib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM