ABŞ Ukraynaya 300 milyon dollar hərbi yardım ayıracaq

ABŞ Ukraynaya təxminən 300 milyon dollar dəyərində hərbi yardım paketi hazırlayır.Bu barədə Ukrayna KİV-i "AP News”a istinadən məlumat yayıb.
ABŞ rəsmiləri jurnalistlərə bildiriblər ki, paketə HIMARS raket sistemləri, həmçinin 155 və 105 mm-lik artilleriya mərmiləri daxildir.
www.anews.az
Nəşrin məlumatına görə, ABŞ Ukraynaya sabah ayrıla biləcək 275 milyon dollar məbləğində hərbi yardım paketi hazırlayır.
Qeyd olunub ki, bu, Konqresin ötən ayın sonunda Ukraynaya xarici yardım haqqında qanun layihəsini qəbul etdikdən sonra hərbi yardımın dördüncü tranşı olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 