ABŞ Ukraynaya dəstək olacaq

14:25 | 15.12.2013
ABŞ Ukraynaya dəstək olacaq

ABŞ Ukraynaya dəstək olacaq

ABŞ Senatı Ukraynaya dair qətnaməni dərhal və yekdilliklə qəbul edəcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Arizona ştatından seçilən ABŞ senatoru Con Makkeyn Kiyevə səfəri zamanı deyib. 

Onun sözlərinə görə, söhbət Ukraynada dinc nümayişçilərə qarşı amansız hərəkət edən şəxlər haqqında sanksiyaların tətbiqi barəsində ABŞ senatına təqdim ediləcək qətnamədən gedir. Bu informasiyanı “Ukrainskaya pravda” qəzeti də təsdiqləyib. 

ABŞ-lı diplomat qeyd edib ki, əgər Ukrayna hökuməti insanların hüquqlarını pozaraq onlara qarşı repressiyaları davam edərsə, günahı olan şəxslər və təşkilatlar barəsində də sanksiyalar tətbiq edilə bilər. Biz insanların demokratiya yolundakı səylərini dəstəkləyəcəyik.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb