ABŞ Ukraynaya F-16 tədarük etməyə icazə verəcək

11:00 | 19.05.2023
ABŞ Ukraynaya F-16 tədarük etməyə icazə verəcək

ABŞ Ukraynaya F-16 tədarük etməyə icazə verəcək

ABŞ prezidenti Co Baydenin administrasiyası son həftələrdə avropalı müttəfiqlərinə F-16 qırıcılarının Ukraynaya ixracına mane olmayacağına dair siqnallar göndərib.

Bu barədə "CNN" kanalı məlumat yayıb.

Üçüncü tərəflərə bu cür göndərişləri təsdiqləmək üçün sənədləşmə işləri ilə ABŞ Dövlət Departamenti məşğul olur.
 
Bir müddət əvvəl "Politico” başqa ölkələrin Ukraynaya F-16 qırıcıları verməsinə Pentaqonun etiraz etmədiyini söyləmişdi.

F-16-ları və ya başqa hərbi texnikanı, sistemi ABŞ-dan almış ölkələr onu üçüncü tərəfə tədarük etməzdən əvvəl Vaşinqtondan icazə almalıdır. Bu döyüş təyyarələrinin Kiyevə təhvil verilməsi məsələsinin bu ilin iyulunda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO-nun növbəti sammitində müzakirə olunacağı da gözlənilir.

Avropa ölkələrindən F-16-nın ixracı ilə bağlı rəsmi müraciət daxil olmayıb.
 
Aytac
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM