Blinken vurğulayıb ki, "ABŞ prezidenti Co Baydenin sentyabrın 26-da elan etdiyi hərbi yardımın genişləndirilməsi çərçivəsində Vaşinqton Ukraynanın müttəfiqlərinə mühüm silah və avadanlıqlardan ibarət əhəmiyyətli yeni paket göndərir”.
Bu paketə HIMARS çoxsaylı buraxılış raket sisteminin döyüş sursatları, pilotsuz təyyarələrə qarşı müdafiə vasitələri, 105 mm və 155 mm-lik artilleriya sursatları, yüksək sürətli radar əleyhinə raketlər və bioloji, kimyəvi, radioloji və nüvə təhlükələrindən qorunmaq üçün minaya davamlı maşın və avadanlıqlar daxildir.
Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra ABŞ və Avropanın 27 ölkəsi davamlı olaraq Ukraynaya maliyyə və hərbi yardımlar göstərib. Rusiya bu yardımları qərblə müharibə aparır kimi qiymətləndirib. ABŞ və Avropanın qəbul edilən sərt sanksiyalarına baxmayaraq Rusiya geri addım atmayıb.
Hazırda iki ölkə arasında müharibə davam edir.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !