ABŞ Ukraynaya silah göndərə bilər

15:30 | 15.04.2014
ABŞ Ukraynaya silah göndərə bilər

ABŞ Ukraynaya silah göndərə bilər

ABŞ senatoru Con Makkeyn Vaşinqtonu Ukraynaya silah göndərməyə çağırıb. ANS PRESS-in məlumatona görə ABŞ senatoru bildirib ki, təcili Ukraynaya özünü müdafiə etmək üçün silah göndərmək lazımdır.ABŞ dövlət katibinin müavini Tomas Şenon isə Con Makkeynin təklifinə münasibət bildirib. O, deyib ki, ABŞ Ukraynaya silah göndərməyi istisna etmir. “Təbii ki, biz bu variant barədə də fikirləşirik. Lakin indi dəqiq deyə bilmərəm ki, Ukraynaya silah göndəriləcək, ya yox”, deyə Tomas Şenon bildirib.Bu arada Çexiyanın müdafiə naziri Martin Stropnitski NATO-nun Ukraynaya hərbi dəstək verib-verməyəcəyi barədə açıqlama verib. Onun sözlərinə görə, NATO Ukraynanın daxili işlərinə qarşımaq niyyətində deyil.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb