ABŞ Ukraynaya yeni hərbi yardım paketi verib

17:22 | 21.10.2024
ABŞ Ukraynaya yeni hərbi yardım paketi verib

ABŞ Ukraynaya yeni hərbi yardım paketi verib

Pentaqon rəhbəri Lloyd Ostin Kiyevə səfəri zamanı Ukraynaya 400 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayıracağını elan edib, Ukrayna mediası xəbər verir.


Ostin yeni yardım paketini Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı elan edib.

 

"Cozef Baydenin rəhbərliyi altında ABŞ Ukraynaya bu dəstəyi artırmağa davam edir. Bu gün mən Ukrayna üçün sursat, hərbi texnika və silahları əhatə edən 400 milyon dollarlıq prezident yardım paketini elan etmək istəyirəm,” - Ostin qeyd edib.

 

Reuters Xəbər Agentliyinin məlumatına görə,  ABŞ Müdafiə Naziri Lloyd Ostinin bu səfəri öncədən planlaşdırılmayıb. 


Agentliyin məlumatına görə, Pentaqon rəhbərinin səfərinin məqsədi ABŞ-dakı seçkilər ərəfəsində Ukraynaya dəstəyi nümayiş etdirməkdir.


CNN xəbər verir ki, Ostin Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Rustem Umerov ilə görüşərək Ukraynanın silah ehtiyaclarını müzakirə edəcək.

 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM