Rusiya Ukraynanın şərqinə göndərdiyi silahlıları zəbt olunmuş binalardan çıxmağa və tərksilah olunmağa məcbur etməlidir.Əgər bu baş verməsə, Avropa Bilriyi ilə ABŞ yaxın vaxtlarda Rusiyaya qarşı əlavə tədbirlər görəcək. APA-nın Ağ evin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkelin telefon söhbətində bildirilib. Qeyd olunub ki, Obama ilə Merkel Ukraynanın şərqindəki vəziyyətdən ciddi narahatlıqlarını ifadə ediblər. ABŞ və Almaniya liderləri həmçinin mayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərinə öz dəstəyini ifadə ediblər.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !