ABŞ və Avropa İttifaqı Belarusa qarşı sanksiyaları qismən dayandırıb

13:11 | 30.10.2015
ABŞ və Avropa İttifaqı Belarusa qarşı sanksiyaları qismən dayandırıb

ABŞ və Avropa İttifaqı Belarusa qarşı sanksiyaları qismən dayandırıb

Belarus şirkətlərinə qarşı sanksiyalar dayandırılıb, 170 nəfər qara siyahıdan çıxarılıb

 Birləşmiş Ştatlar bir sıra Belarus şirkətlərinə qarşı tətbiq olunan sanksiyaların fəaliyyətini qismən dayandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qərar "Belorusneft", "Belneftexim" və onun ABŞ-dakı filialı, "Belşina", "Qrodno Azot", "Qrodno Ximvolokno", "Lakokraska", "Naftan", "Polotsk-Steklovolokno" şirkətlərinə aid edilib.

Bundan əvvəl isə məlum olub ki, Avropa İttifaqı Belarusun 170 fiziki və 3 hüquqi şəxsinə qarşı sanksiyaların fəaliyyətini dörd ay müddətinə dayandırır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM