ABŞ və Britaniyanın ən böyük jurnal naşiri "Time Inc." kütləvi ixtisarlar edəcəyini açıqlayıb

14:20 | 14.06.2017
ABŞ və Britaniyanın ən böyük jurnal naşiri

ABŞ və Britaniyanın ən böyük jurnal naşiri "Time Inc." kütləvi ixtisarlar edəcəyini açıqlayıb

Naşir People, InStyle, Sports Illustrated kimi jurnalların sahibidir.

ABŞ və Böyük Britaniyada ən böyük jurnal naşiri "Time Inc." irimiqyaslı restrukturizasiya çərçivəsində ABŞ-da və xaricdə kütləvi ixtisarla edəcəyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti yazıb.

Qəzetin məlumatına görə, naşir diqqətini rəqənsal media və videoimkanlara yönəldir. Qeyd edək ki, naşir "People", "InStyle", "Sports Illustrated" kimi jurnalların sahibidir. İxtisarlar təxminən 300 işçiyə şamil olunacaq.

"Time Inc." artıq rəqəmsal və videosahələrdə ixtisaslaşan işçiləri daha çox işə götürməyə başlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti