Ağ Evdə keçirilən birgə mətbuat konfransında ABŞ Prezidenti Barak Obama və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tzinpin ölkələrin internet vasitəsilə kiberhücumlar həyata keçirməmək və ya intellektual mülkiyyətin oğurlanmasını dəstəkləmək barədə razılıq əldə etməsini bildiriblər.
ABŞ Prezidenti Administrasiyası bəyan edib ki, ABŞ və Çin dövlətlərin kiberməkanda beynəlxalq birlik çərçivəsində davranış normalarını hazırlamaq ideyasına sadiqdir, həmçinin internet sahəsində gələcək münasibətlərin müzakirəsi üçün ekspert qrupu yaradılacaq, - "Qazeta” yazır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !