• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ və İsrail İrana xəbərdarlıq etdi

ABŞ və İsrail İrana xəbərdarlıq etdi
13.10.2021 23:43
ABŞ Dövlət katibi Entoni Blinken İsrail xarici işlər naziri Yair Lapid və BƏƏ-nin XİN rəhbəri Abdullah Bin Zayed əl-Nəhyanla Vaşinqtonda görüşüb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar müzakirələrdən sonra birgə mətbuat konfransı keçiriblər.

Blinken İranla nüvə məsələsində davam edən müzakirələrdə vaxtın azaldığını, diplomatiyanın uğursuz olacağı təqdirdə, digər variantların masaya gətiriləcəyini söyləyib:

"İranın nüvə silahı əldə etməməsi məsələsində həmfikirik. Diplomatik yolların ən yaxşı həll yolu olduğuna inanırıq. Ölkəmiz aylardır İran nüvə sazişinə qayıtmağa hazır olduğunu bildirib. Ancaq Tehranın hazır olduğunu görmürük”.

Dövlət katibi bildirib ki, vaxt daralır:
"İran nüvə zənginləşdirmə faizini 20-dən 60-a çıxarmaq başda olmaqla, bu müddəti nüvə proqramını irəlilətmək üçün istifadə edir”.
"Diplomatiya uğursuz olarsa, hərbi seçimləri dəyərləndirəcəksinizmi?” sualına Blinkeni cavabı belə olub:

"İranın reaksiyalarını, vəziyyətini yaxından izləyirik. İran yolunu dəyişdirməsə, digər variantlara qayıtmağa hazırıq”.
Lapid isə qeyd edib ki, nüvə müzakirələrində itirilən zaman İranın nüvə proqramına davam etməsini təmin edir:
"Hər keçən gün, gecikilən hər gün İran nüvə silahına bir addım da yaxınlaşır. İran nüvə proqramı məsələsində dünyanı aldaddır. Mən və cənab Blinken Holokostdan xilas olan ailələrin uşaqlarıyıq. Bizlər bir nəslin dünyanı pislikdən qorumaq üçün nə zaman gücdən istifadə edilməli olduğunu bilirik.
Əgər diplomatiya uğursuz olsa, digər bütün variantlar masada olacaq. Digər variant ifadəsinin nə mənaya gəldiyini buradakı hər kəs anlayır. Tehran da anlayır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol