ABŞ və İsrail tarixin ən böyük hərbi təliminə başlayıb - KİV

11:09 | 24.01.2023
ABŞ və İsrail tarixin ən böyük hərbi təliminə başlayıb - KİV

ABŞ və İsrail tarixin ən böyük hərbi təliminə başlayıb - KİV

ABŞ və İsrail tarixdə ən böyük birgə hərbi təlimə başlayıb. Bu barədə CNN məlumat yayıb.

Juniper Oak adlanan təlimdə 42 İsrail təyyarəsi ilə birlikdə uçacaq 100 Amerika qırıcı, bombardmançı və tanker iştirak edəcəyi bildirilib.

Təlimlərə kosmos və elektron müharibə də daxil olmaqla, bütün döyüş sahələrini əhatə edəcək ABŞ Hərbi Dəniz Qüvvələrinin "Corc Buş” aviadaşıyıcısının zərbə qrupu da cəlb olunub.

Bundan əlavə, Juniper Oak-da təxminən 6500 ABŞ əsgəri və 1100 İsrail əsgəri yerləşdiriləcək.

Nəşr qeyd edir ki, bu təlimlər İrana açıq siqnaldır və ABŞ-İsrail alyansının gücünü göstərir.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM