"ABŞ və NATO ölkələri kəşfiyyat uçuşlarını artırıb"

21:58 | 16.12.2014

"ABŞ və NATO ölkələri kəşfiyyat uçuşlarını artırıb"

"ABŞ və NATO ölkələri Baltikyanı ərazinin hava məkanında uçuşların sayını artırıb".

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı general-polkovnik Viktor Bondarev bildirib.

"2014-cü ildən Baltik və Barents dənizləri, Baltikyan dövlətlərin hava məkanında ABŞ və NATO ölkələri kəşfiyyat uçuşlarının sayını intensivləşdirib. Hər həftə 8-12 dəfə uçuş həyata keçirilir", - general-polkovnik deyib. Onun sözlərinə görə, uçuşlar Rusiya sərhədi yaxınlığında gerçəkləşdirilir. Bu halda radioelektron qurğular 500 km dərinlikdə kəşfiyyat apara bilər.

"Praktik olaraq, hər gün ABŞ Hərbi Hava Qüvvələrinin "RC-135" kəşfiyyat təyyarələri uçuşlar həyata keçirir. 2013-cü ildə ümumilikdə 22, 2014-cü ildə isə 140-dan artıq belə uçuş olub", - o əlavə edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM