ABŞ dövlət katibi Con Kerri yaxın vaxtlarda Qətərin paytaxtı Doha şəhərində Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşəcəyini bəyan edib.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"Mən Lavrovla Dohada görüşmək niyyətindəyəm", - C.Kerri Nyu-Yorkda Beynəlxalq Məsələlər üzrə Şurada çıxış edərkən bildirib.
Onun sözlərinə görə, görüşdə əsasən İran və Suriyadakı vəziyyət müzakirə ediləcək.
Kerri Lavrovla görüşün dəqiq vaxtını açıqlamayıb. Lakin o, bir müddət əvvəl qeyd etmişdi ki, Dohaya 10 gündən sonra yola düşəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !