Türklər ABŞ-da itirdi Rusiyada qazandı
Sanksiyalarla üzləşdikdən sonra ABŞ və AB-dən məhsul almağı dayandıran Rusiya, Türk şirkətlərə icazə verdi.
ANS PRESS-in məlumatına görə, ABŞ isə Türk polad istehsalçılarına vergini artırır. Bu o deməkdir ki, ölkələr arasındakı ticarət sanksiyaları Türk şirkətlərə də əks olunur.
Ukraynadakı üsyançıları dəstəklədiyi üçün sanksiyalarla üzləşdikdən sonra ABŞ və AB-dən məhsul almağı dayandıran Rusiya Türk şirkətlərə icazə verərkən, ABŞ isə Türk polad istehsalçılarına vergini artırır. Rusiya baytarlıq və Bitki Sağlamlığı Müşahidə Təşkilatı “Rosselxoznadzor” Terkiyənin “Pınar Süd”, “Unilever Sənaye və Ticarət” şirkəti ilə “Aynes Gıda”ya 22 Avqustdan etibarən Rusiyaya süd məhsulları ixracatı etmə icazəsi verib. Qərarın ardından “Pınar” hissələri yüzdə 16 artıb.
Qeyd edək ki, Rusiya, Ukraynadakı üsyançıları dəstəklədiyi üçün Sanksiyalarla üzləşdikdən sonra ABŞ, AB, Kanada və Avstraliyadan etdiyi təxminən 9 milyard dollarlıq qida idxalında ciddi məhdudiyyətlər gətirmişdi. Bundan sonra Türkiyənin Qida-Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Mehdi Ekər Rusiyanın Türkiyədən ət, süd, süd məhsulları, yumurta kimi bəzi ev heyvanlarının məhsulları tələbində olduğunu bildrir. Rusiyanın 2013-ci ildəki ümumi qida idxalında Türkiyə 1.68 milyard dollar ilə beşinci sırada yer alır. Rusiya bazarında bu inkişaflar yaşanarkən Moskvanın məhsul almağı dayandırdığı ABŞ-dan Türk polad istehsalçılarına pis xəbər gəlir. Amerikalı polad istehsalçıları Türkiyə və beş ölkəyə qarşı anti-dempinq iddiasını qazanıb.
ABŞ Beynəlxalq Ticarət Komissiyasının qərarına görə Türkiyə, Hindistan, Cənubi Koreya, Tayvan, Ukrayna və Vyetnamdan idxal edilən polad məhsullarına gömrük vergisi tətbiq olunacaq. Komissiyanın qərarından sonra ticarət nazirliyi polad boru məhsullarında gömrük vergisini maksimum yüzdə 18 dək artırma səlahiyyətini istifadə edə biləcək. Qərar bir baş türk istehsalçıların bu ölkəyə reallaşdırdığı təxminən 270 milyon dollarlıq ixracatın böyük hissəsinə ziyan vuracaq.
ABŞ bazarının Türk polad boru ixracatında yüzdə 18 paya sahib olduğunu ifadə edən Türkiyə Çelik İstehsalçıları Dərnəyi Ümumi katibi Veysel Yayan "Türk firmalarının ABŞ-a 300 min ton qarşılığında təxminən 270 milyon dollarlıq ixracatı var. Bu qərarın ardından Türk firmalar üçün bu ölkəyə ixrac etmək çox çətinləşəcık. Ancaq bu zərərin hesablanan dəyərindən çox, qərarın bənzər olaraq alınma ehtimalı çox narahat edicidir "- deyə bildirib. Polad İxracatçılar Birliyi başçısı Namıq Əkinci isə qərar qarşısında ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə lazımlı etirazların ediləcəyini; ancaq açılacaq iddianın 1-2 il davam edə biləcəyini bildirir. Əkinci Qərarın əsassız olduğunu qeyd edir.
ANN.Az