ABŞ viza rüsumlarını bahalaşdırıb

23:33 | 07.06.2023
ABŞ viza rüsumlarını bahalaşdırıb

ABŞ viza rüsumlarını bahalaşdırıb

İyunun 17-dən ABŞ-a qeyri-immiqrant vizalarının, o cümlədən turist vizalarının rüsumları 160 dollardan 185 dollara kimi artırılacaq.  Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat verilib.

"Petisiya əsaslı vizalar (H, L, O, P, Q və R)  üçün rüsumlar 190 dollardan 205 dollara  bahalaşıb. E vizasının işlənməsi rüsumu 205 dollardan 315 dollara kimi artırılıb. Biz başa düşürük ki, beynəlxalq səyahətlər ABŞ iqtisadiyyatında mühüm rol oynayır. Viza rüsumları xidmətin dəyərinin illik tədqiqinin nəticələrinə əsasən hesablanır”, - səfirlik ABŞ Dövlət Departamentinin mesajına istinad edərək bildirib. 
 
Bəs görəsən bu Azərbaycandan ABŞ-a gedən turistlərin sayına təsir edəcəkmi? 
 
Ölkədə fəaliyyət göstərən turist şirkətlərindən birinin əməkdaşı Səbinə Valehovanın fikrincə, vizahaqqı faktiki 15 dollar artıb və bu  turistlərin sayına təsir etməyəcək.
 
"Turist vizasının dəyəri cəmi 15 dollar artıb və bu ABŞ-a getmək istəyənlər üçün elə də çox deyil.Mən düşünmürəm ki turist axınının azalmasına bunun təsiri olacaq", - Valehova bildirib. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM