ABŞ Dövlət Departamenti texniki nasazlığa görə xarici səfirliklərdə viza və xarici pasportların verilməsini dayandırıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin açıqlamasında bildirilir.
Məlumata görə, sənədləşmə ilə bağlı iyunun 9-dan etibarən müraciət edən şəxslər gecikmələrlə üzləşə bilər.
Problemin ancaq ABŞ-ın xaricdəki nümayəndəliklərində yaşandığı vurğulanır. "Biz problemin tezliklə həll olunması üçün çalışırıq”, açıqlamada qeyd edilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !