ABŞ öz müttəfiqlərinə böyük diqqət göstərməlidir - THE HILL

16:30 | 14.08.2014
ABŞ öz müttəfiqlərinə böyük diqqət göstərməlidir - THE HILL

ABŞ öz müttəfiqlərinə böyük diqqət göstərməlidir - THE HILL

Bu yaxınlarda ABŞ Konqresinin nüfuzlu "THE HILL" qəzetinin saytında məqalə dərc edildi ki, ABŞ öz müttəfiqlərini özündən uzaqlaşdırmalı deyil, əksinə, ABŞ-ın xarici siyasətinin ədalətli olmasına dair onlarda etibar və inam doğurmalıdır. Məqalənin müəllifi Aleks Vatankadır. Həmin məqaləni diqqətinizə təqdim edirik:Amerika xarici siyasətinin istiqaməti ciddi qlobal təəccüb doğurduğu bir vaxtda, ABŞ Konqresinin siyasətçiləri və ölkə administrasiyası diqqətli olmalıdır ki, amerikanın müttəfiqlərini özündən uzaqlaşdırmasın və bununla da Amerikanın vədlərinə şübhələr və etibarsızlq olmasın. Amerikayönlü Azərbaycan 9 milyon əhalisi olan zəngin enerji resurslarlarına malik dünyəvi müsəlman dövlətidir. Azərbaycan – Xəzər dənizinin sahilində yerləşmiş ölkədir. Bakıda hakimiyyət tez-tez götür-qoy edir ki, Vaşinqtonun öz strateji müttəfiqlərinə sədaqəti nə qədər möhkəmdir. Ukraynada Rusiyanın hərəkətlərinə razılaşdırılmamış və nəticəsiz cavab da daxil olmaqla, Amerikanın son siyasi manevrlərindən bəziləri, Bakının ehtiyat etməsini yumşaltmağa kömək etmədi.1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra, müstəqillik əldə etmiş keçmiş sovet respublikası olan Azərbaycan Birləşdirilmiş Ştatlara öz əsas strateji partnyorlarından biri kimi baxır. Bu şuülu şəkildə Vaşinqtonun xeyrinə edilmiş, amma bir qədər təhlükəli seçimdir. Amerika Azərbaycan xalqının etibar bəslədiyi, ABŞ-ın gücünə inanan və münaqişələrin nizama salınması məsələlərində mübahisə edən dövlətlərin arasında vasitəçilik edən dövlət kimi baxılır və bu məsələlərdə Vaşinqtonun ədalətli qərar verəcəyinə etibar olunur.20 il ərzində Azərbaycan Cənubi Qafqazda dondurulmuş münaqişənin həllində köməyi dəyə biləcək Amerikaya qüsursuz arbitr və üçüncü neytral tərəf kimi baxırdı. Ancaq azərbaycanlılar Amerikanın başqa dövlətlərin ərazi bütövlüyünə və müstəqilliyinə hörməti edilməsi dəyərləri də daxil olmaqla, onun prioritetlərini sual altında qoyurlar.Bu ilin martında Krımın Rusiyaya birləşdirilməsindən sonra ABŞ Konqressinin fəaliyyəti və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində prezident administrasiyasının mövqeyinə dair Azərbaycanın narahatçılığı artdı. Bakının rəsmi şəxsləri yaranmış vəziyyətlə əlaqədar olaraq, Azərbaycanın Dağlıq Qarabağ regionunda Moskvanın təsirlərini nəzərdən keçirməyə başladı. Azərbaycan cəsarət nümayiş etdirərək, Krımın zəbt edilməsi qeyri-leqal adlandırdı və BMT-də Moskvaya qarşı səs verdi, halbuki bir çox post-sovet ölkələri, həmçinin Ermənistan səsvermədən çəkindilər.O vaxtdan azərbaycanlılar Moskvaya qarşı Amerikanın fəaliyyətini o ümidlə daima izləyirdilər ki, Vaşinqton Rusiyanın öz qonşularını qorxutmaq siyasətini və başqa ölkələrin ərazi bütövlüyünə Moskvanın etinasiz münasibətini dayandırmaq üçün təkan vermiş olacaqdır. Ancaq belə təəssürat yaranır ki, Konqresdə və icra hakimiyyətində təmsil olunan amerika siyasətçiləri dövlətlərin ərazi bütövlüyü məsələlərinə dair beynəlxalq hüququn tətbiqiylə məşğul olmaq əvəzinə, daha çox Moskvaya qarşı simvolik geosiyasi xalların artırılmasıyla məşğuldurlar.Amerika elə xarici siyasət yürütməlidir ki, bu, ABŞ-ın müttəfiqlərini çətinliyə salmasın, əksinə, onlarda inam doğursun və ABŞ kimi müttəfiqinə etibar bəsləsinlər.ANN.AzTərcümə: Ramil Rahiboğlu
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM