Abşeronda 30 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

10:31 | 25.05.2019
Abşeronda 30 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Abşeronda 30 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Tikinti aparılan ərazidə krandan qırılan tros fəhlənin üzərinə düşüb.

"anews”in məlumatına görə, hadisə Abşeron rayonu Məhəmmədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Yeddi gözəl” yaşayış kompleksində tikinti işləri aparılan zaman krandan qırılan tros orada çalışan 1989-cu il təvəllüdlü Taleh Tağıyevin üzərinə düşüb.
Nəticədə fəhlə aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM