Abşeronda avtomobil təmiri sexi yandı - FOTO

19:30 | 20.02.2020
Abşeronda avtomobil təmiri sexi yandı - FOTO

Abşeronda avtomobil təmiri sexi yandı - FOTO

Abşeron rayonunda avtomobil təmiri sexi yanıb.

Unikal.org xəbər verir ki, hadisə bu gün günorta saatlarında Masazır qəsəbəsində qeydə alınıb. 

Belə ki, avtomobil təmiri sexində baş verən yanğının söndürülməsi üçün əraziyə dövlət yanğından mühafizə hissələrinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində sexin yanar konstruksiyaları yanıb. Yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb və xəsarət alan olmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM