"Abzas Media" direktoru 4 ay müddətinə həbs edilib

19:57 | 21.11.2023

"Abzas Media" direktoru 4 ay müddətinə həbs edilib

"Abzas Media"nın direktoru Ülvi Həsənli barəsində Xətai Rayon Məhkəməsi 4 aylıq həbs qərarı verib. Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Saxlanılan baş redaktor Sevinc Vaqifqızının vəkili Elçin Sadıqov isə  baş redaktorun 3 ay 29 gün müddətinə həbs olunduğunu açıqlayıb.
 
 
Noyabrın 20-də "Abzas Media”nın direktoru Ülvi Həsənli qaçaqmalçılıqda şübhəli bilinərək saxlanılıb. "Abzas Media”nın ofisində axtarış aparılıb, 40 min avro dəyərində pul dəlil kimi müsadirə edilib.  Ona qarşı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığı nəzərdə tutan 206.3.2-ci maddəsilə ittiham irəli sürülüb.
 
Ülvi İsmayıldan bir gün sonra  "Abzas Media” internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən Bakı hava limanında saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb. Bu barədə saxlanılan şəxslərin vəkilləri mediaya məlumat verib. 
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM