"Abzas Media" bundan sonrakı fəaliyyətini Berlində davam etdirəcək. Bu barədə Turan-a baş redaktor Leyla Mustafayeva bildirib.
"Biz "ehtiyatlı jurnalistika" ilə məşğul olmaq istəmirik. Nəşrlər Azərbaycanda bağlanan saytımızda yerləşdiriləcək. Berlində iş artıq yoluna qoyulub. Biz müxtəlif ölkələrdəki əməkdaşlarımızla birlikdə məsafədən fəaliyyəti davam etdirəcəyik", Mustafayeva qeyd edib.
2023-cü ilin noyabrın 20-i "Abzas Media"nın direktoru Ülvi Həsənli saxlanılıb və onun ofisində axtarış aparılıb. Axtarış nəticəsində ofisdən 40 min avro pul aşkarlanan Ülvi Həsənli Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxslə ölkəyə xarici valyutada qaçaq yolu ilə pul keçirtmə) ilə ittiham olunaraq noyabrın 21-də barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra, noyabrın 21-i "Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova da (Vaqifqızı) eyni maddə ilə ittiham irəli sürülüb və 3 ay 29 gün müddətinə həbs olunub.
Onların ardınca noyabrın 24-ü "Abzas Media”-nın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov saxlanılaraq eyni maddə ilə ittiham olunub və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda "Abzas Media"nın əməkdaşı Nərgiz Abssalamova və Elnarə Qasımova da həmin maddə ilə ittiham edilərək həbs olunub.

Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !