“Abzas Media” işi çərçivəsində saxlanılan şəxslərin həbs müddəti uzadılıb - Yenilənib

13:31 | 07.09.2024
“Abzas Media” işi çərçivəsində saxlanılan şəxslərin həbs müddəti uzadılıb - Yenilənib

“Abzas Media” işi çərçivəsində saxlanılan şəxslərin həbs müddəti uzadılıb - Yenilənib

"Abzas media”-nın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb.
"Report” xəbər verir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha uzadılıb.
 
Sevinc Vaqifqızı ötən ilin noyabrında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinir.

***

"Abzas Media” işi çərçivəsində həbs edilən Hafiz Babalı və Ülvi Həsənli barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

"Report” xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, onların həbs müddəti daha üç ay uzadılıb.

Hafiz Babalı və Ülvi Həsənli ötən il saxlanılıb. Daha sonra barələrində həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra "Abzas Media”nın əməkdaşlarına qarşı yeni ittihamlar irəli sürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür