• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

"Abzas Media"nın direktoru həbs olunub - Yenilənib - VİDEO

20.11.2023 23:44
"Abzas Media"nın direktoru Ülvi Həsənli Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxslə ölkəyə xarici valyutada qaçaq yolu ilə pul keçirtmə) ilə həbs olunub. Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.

16:41
(Video əlavə olunub)
 
 
 
 
 
 

 
15:56
 
"Abzas Media"nın ofisində 40 min avro pul aşkarlanıb. Bunu Abzas Medianın direktoru Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova deyib.  
 
"Bu gün Abzas Medianın ofisində və onun direktoru Ülvi Həsənlinin mənzilində axtarış başlayıb. Ofisdə 5 saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul "aşkarlayıblar", - vəkil bildirib. 

10:49
 
"Abzas Media”nın direktoru Ülvi Həsənlinin saxlanıldığı iddia edilir. Bu barədə medianın baş redaktoru Sevinc Vaqifqızı öz facebook hesabında yazıb. 
 
"Ülvi səhər saat 4.30-da evdən çıxaraq hava limanına yollanıb. Lakin o, təyyarəyə minməyib və bir daha heç kimlə əlaqə saxlamayıb. İnanıram ki, o, hava limanında saxlanılıb”, - Vaqifqızı hesabında qeyd edib.  

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirməyib. 
 
Sevinc Vaqifqızı anews.az-a açıqlamasında bildirib ki, Ülvi Həsənlini Bakı Baş Polis İdarəsinin əməkdaşları saxlayıb. O vurğulayıb ki, Həsənlinin vəkili Zibeydə Sadıqova da idarəyə dəvət olunub. 
 
Aytac Zeynalova 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol