• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

AbzasMedianın direktoru Ülvi Həsənli ailə üzvləri ilə görüşüb

AbzasMedianın direktoru Ülvi Həsənli ailə üzvləri ilə görüşüb
20.02.2024 11:51
AbzasMedia saytının təsisçisi Ülvi Həsənli ailə üzvləri ilə görüşüb. Bu barədə onun vəkili Zibeydə Sadıqova anews.az-a açıqlamasında qeyd edib.
 
"Ülvi Həsənli və Sevinc Vaqifqızında telefon danışığına qoyulan qadağa aradan götürülüb. Hətta Ülvi bazar günü ailəsi ilə görüşüb. Bu həftə də Sevincin ailəsi ilə görüşü planlaşdırılır. Qoyulmuş qadağa şənbə günündən etibarən götürülüb", - vəkil deyib. 
 
Vəkil Şəhla Hümbətova özünün "Facebook" sosial şəbəkəsində AbzasMedia işində saxlanan şəxslərin ailə üzvləri ilə görüşə və zənglərə qoyulmuş məhdudiyyətin aradan götürüldüyünü söyləyib. 
 
2023-cü ilin noyabrın 20-də "Abzas Media"nın direktoru Ülvi Həsənli Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxslə ölkəyə xarici valyutada qaçaq yolu ilə pul keçirtmə) ilə həbs olunub. Daha sonra AbzasMedianın redaktoru Sevinc Vaqifqızı eyni maddə ilə ittiham olunaraq saxlanılıb.
 
Bundan sonra noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsində AbzasMedia-nın redaktoru Sevinc Vaqıfqızı haqqında isə 3 ay 29 gün, medianın təsisçisi Ülvi Həsənliyə isə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Noyabrın 24-ü "Abzas Media”-nın direktor müavini Məhəmməd Kekalov eyni maddə ilə saxlanılaraq barəsində 3 ay 27 gün müddətinə həbs edilib.
 
Dekabrın 1-də isə "Abzas Media"nın əməkdaşı Nərgiz Abssalamova ilə bağlı 3 aylıq həbs qərarı verilib.
 
2024-cü il yanvarın 15-də "Abzas Media” işi üzrə saxlanılan jurnalist Elnarə Qasımova da eyni maddə ilə ittiham olunaraq 2 ay 17 gün müddətinə həbs edilib. 
 
Aygün Mirakif
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol