Ağcabədi və Şəmkirdə odlu silah götürülüb

20:00 | 13.11.2019
Ağcabədi və Şəmkirdə odlu silah götürülüb

Ağcabədi və Şəmkirdə odlu silah götürülüb

Ağcabədi rayonunda keçmiş məhkumda tapança aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədovdan "TK-Korovin” markalı tapança aşkar edilərək götürülüb.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Muxtariyə kənd sakini Q.Qasımovdan müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb. 
Hər iki fakla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM